Okt 09, 2019 16:51 Asia/Baku
  • İslam İnqilabının Böyük Rəhbəri : İran atom bombası istehsal etmək və saxlamağa xərc çəkməz

İslam İnqilabının Böyük Rəhbəri İran İslam Respublikasının atom bombasından istifadənin şəriətə görə haram olmasına dair qətiyyətli və şücaətli mövqeyinə toxunaraq bildiriblər: İran atom bombasının istehlsalı və saxlanılmasına xərc çəkməz.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün İranın iki min nəfərlik gənc alimlər və elmi istedadları ilə görüşdə bildiriblər: Biz baxmayaraq ki, bu yola qədəm qoya bilərdik ancaq, İslamın hökmünə əsasən nüvə silahından istifadəni qəti şəri haram elan etdik, buna görə də istifadəsi qəti haram olan bir silahın istehsalı və saxlanılmasına xərcləməyimizə heç bir səbəb yoxdur. 

Həzrət Ayətullahülüzma Xamenei İslam İnqilabının hünərinin çətin meydanlara, o sıradan hətta düşmənlərin alqışına səbəb olan elmi meydanlara daxil olmaq üçün cəsarət vermək olduğunu bildirərək deyiblər: Ölkənin müxtəlif sahələrində elmi potensialdan istifadə müdafiə gücünü, müasir tibb, müalicə və xəstəlikləri nəzarətəalma imkanlarını, texniki-mühəndislik, eləcə də biotexnologiya, nanotexnologiya əsasında davamlı məhsulların istehsal edilməsi və sülhməramli nüvə texnologiyası qabiliyyətlərini artırıb. 

İslam İnqilabının Böyük Rəhbəri dünyada elmi sıçrayış dövründə İranın elmi inkişafının davam etməsini böyük zərurət adlandıraraq, istedadlı və alim gənclərin yüksək şövqü, alqışalayıq stimulu və özünəinam hisslərinə toxunaraq bildiriblər: Hər bir alim gənc İranın bədəninin bir hissəsidir və alimlərin problemlərinin aradan qaldırılması üçün alimlər üzrə strateji sənəd ciddi şəkildə icra edilməlidir. 

Həzrət Ayətullahülüzma Xamenei bildiriblər: Qərbi Asiya, İslam Dünyası, Müqavimət mehvəri coğrafiyasında alimlərin bir yerə toplanması və onların arasında əlaqə yaradılması hətta bütün ölkələr o sıradan Amerika və Avropada haqqsevər alimlərin bir araya gətirilməsi "təmiz və şərəfli elm" və " düzgün düşüncə"-nin təqdim olunması və yayılmasına gətirib çıxara bilər.