Okt 12, 2019 17:56 Asia/Baku
  • Şəmxani: Beynəlxalq su yollarında şər işlər cavabsız qalmayacaq
    Şəmxani: Beynəlxalq su yollarında şər işlər cavabsız qalmayacaq

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Qırmızı dənizdə İran tankerinin hədəfə alınmasına reaksiayda vurğulayıb: Beynəlxalq su yollarında quldurluq və şər işlər cavabsız qalmayacaq.

SABITY tipli İran tankeri cümə günü səhər saatlarında Qırmızı dənizin şərqində yerləşən keçid dəhlizinin yaxınlığında yarım saat ərzində iki dəfə hədəfə alınaraq, xəsarət aldı.

İRNA-nın məlumatına görə, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani şənbə günü bu hərəkətlərin ticarət gəmilərinin gediş-gəlişlərini təhlükəli etmək məqsədi güddüyünü bildirərək əlavə edib: Mövcud video görüntüləri və toplanmış kəşfiyyat faktlarının araşdırılması ilə bu təhlükəli macəranın əsas ipucu ələ keçibdir.

Şəmxani Qırmızı dənizdə, ərəbistan sahilləri yaxınlığında iki raket tərəfindən hədəfə alınan SABITY tankerinə hücumun araşdırılması üçün xüsusi komitənin yaradıldığını bildirib. O, qeyd edib ki, bu komitənin hesabatı qərar çıxarmaq üçün tezliklə məsul orqanlara təqdim olunacaq.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi həmçinin son aylarda Qırmızı dənizdə İranın "Happiness" və HELM tankerlərinə qarşı təxribatçı hərəkətlərə toxunaraq, beynəlxalq su yollarının təhlükəli edilməsinin dünya iqtisadiyyatı üçün narahatedici təhlükələr doğuracağını bildirib.

Şəmxani təxribatçı hərəkətlərin nəticələrinin məsuliyyətinin onları planlaşdıranlar və icra edənlərin, həmçinin onlara dəstək verənlərin üzərinə düşəcəyini vurğulayıb.