Okt 13, 2019 15:46 Asia/Baku
  • İnqilab Rəhbəri: Seyyiduşşuhəda(ə)-a söykənməklə Amerika qarşısında təslim olmayacağıq
    İnqilab Rəhbəri: Seyyiduşşuhəda(ə)-a söykənməklə Amerika qarşısında təslim olmayacağıq

İslam İnqilabının Böyük Rəhbəri bildiriblər ki, İran xalqı Həzrət Seyyiduşşuhəda(ə)-ın hərəkət fəlsəfəsinə əsasən, küfr cəbhəsi, sionizm və Amerika ilə mübarizəni öz vəzifəsi bilir. O həzrət vurğulayıblar ki, İranın Amerikaya təslim olmaması elə bu əsasda həyata keçir.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün səhər İmam Hüseyn(ə) adına universitetin tələbələrinin məzunluq mərasimində İslam İnqilabı Keşikçiləri Korpusunun daxildə və xaricdəki izzətini xatırladaraq, əlavə ediblər: Amerikalılar da Sepah-a qarşı öz ədavətli və qaşqabaqlı simaları ilə onun izzətini artırıblar.

İslam İnqilabının Böyük Rəhbəri qüdrətin hərtərəfli şəkildə təchiz olunması vacibliyini vurğulayaraq, Ərbəin yürüşünü həqiqi qüdrətin nümunələrindən adlandırıb və belə əlavə ediblər: Zəvvarların Kərbəlaya hərəkət yolundakı əzəmətli və milyonluq iştirakı İslamın və İslami Müqavimət Cəbhəsinin qüdrətini bir daha nümayiş etdirəcək.

O həzrət Hüseyn(ə) Ərbəinində müxtəlif ölkələrdən, müxtəlif islami firqələrdən və hətta bəzi digər dinlərdən olan müsəlmanların möhtəşəm yürüşünü müasir bəşəriyyətin hay-küylü dünyası və mürəkkəb təbliğat dünyasında misilsiz bir media fəryadı adlandırb və belə söyləyiblər: الحُسین یجمعنا kimi çomənalı şüar əsl bir həqiqətdir, zira İmam Hüseyn(ə) bu misilsiz toplantını yola salıb və hamını mənəviyyat və azadəlik bulağına doğru hərəkətə gətiribdir.

Həzrət Ayətullahuluzma Xamenei bildiriblər ki, bu gün küfr cəbhəsi, sionizm və Amerika xalqların qanlarını sormaq, militarizm və digər faciələrlə xalqlarla zülm və zülmkarlıqla rəftar edirlər. O həzrət vurğulayıblar: İmam Hüseyn(ə) zülm və zalım ilə mübarizədə vəzifənin əda olunmasını öz qiyamı və hərəkətinin səbəbi elan edir və İran İslam Respublikası da elə bu əsasda bu vəzifəyə əməli öz borcu bilir və bütün hallarda ona əməl edəcək.

İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Gənclər bilsinlər ki, onların fikir və düşüncələri düşmənin ilk hədəfidir. Buna görə, iman və qüdrətlə düşmənlərin hiylələri qarşısında dayansınlar.