Okt 14, 2019 17:52 Asia/Baku
  • İran düşmənlərinin media dəstəbaşılarından biri həbs olunub
    İran düşmənlərinin media dəstəbaşılarından biri həbs olunub

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah “Amədnyus” adlı əks-inqilabçı sayt şəbəkəsinin başçısı və düşmənin media dəstəbaşılarından olan Ruhollah Zəmin sayıqcasına bir kəşfiyyat əməliyyatında həbs olunmasından xəbər verib.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın ictimai əlaqələr şöbəsi bu gün bir açıqlamada bildirib: Sepah-ın kəşfiyyat təşkilatı mürəkkəb bir əməliyyatda və aldadıcı informasiya metodu ilə İran İslam Respublikası quruluşuna qarşı psixoloji müharibənin və düşmənin media dəstəbaşılarından olan Ruhollah Zəmi həbs edib.

Bu açıqlamada əlavə olunur: Sepah-ın kəşfiyyat təşkilatı bu əməliyyatda təşəbbüskar kombinasiyalar və modern kəşfiyyat metodlarından istifadə edib, əcnəbi xidmətləri idarə edərək, aldatdı və son illər onların birbaşa himayəsi, təmini və istiqamətləndirmələri ilə islami orqanlarda ixtilaf salmaq üzrə geniş psixoloji əməliyyat, İranofobiya, yalansöyləmə, dini inanclar və əqidələrlə bağlı gənc nəsilə şübhə təlqin etmək, zorakı və terror hərəkətlərinə zəminlərin yaradılması və təbliği, həmçinin ölkədə çaxnaşma və iğtişaş salmağı idarə edən Ruhollah Zəmi ölkə daxilinə istiqamətləndirərək, həbs etməyə müvəffəq oldu.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın ictimai əlaqələr şöbəsinin açıqlamasında sonra deyilir: Ruhollah Zəm Fransa kəşfiyyat xidmətinin istiqamətləndirilməsi altında olsa, Amerika və sionist rejimin kəşfiyyat xidmətləri tərəfindən himayə olunsa, digər kəşfiyyat xidmətləri ilə bağlı, həmçinin sutkalıq şəkildə müxtəlif və çoxqatlı çətirlər altında qorunmuş olsa da Sepah-ın kəşfiyyat təşkilatının tələsinə düşdü.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın ictimai əlaqələr şöbəsi bu əməliyyatın həyata keçirilməsinin düşmənin kəşfiyyat xidmətlərinin məğlubiyyətləri və bu inqilabçı orqanın kəşfiyyat gücündən geri qalmalarının bəyanedicisi adlandırıbdır.

 

Teqlər