Okt 22, 2019 20:43 Asia/Baku
  • İran M.Soleymaninin azad edilməsi məsələsini izləyir
    İran M.Soleymaninin azad edilməsi məsələsini izləyir

İran məhkəmə hakimiyyətinin sözçüsü Amerikanın iranlı alim Məsud Soleymaninin qanunsuz şəkildə həbs etməsini tənqid edib. Vurğulayıb ki, İran Məsud Soleymaninin ABŞ məhbəsindən azad edilməsi məsələsini təqib edir.

İran məhkəmə hakimiyyətinin sözçüsü Qolamhoseyn Esmaili bu gün bir mətbuat konfransında vurğulayıb ki, İranın təqiblərinə əsasən, bu iranlı alim cinayət işləməyib. O, əlavə edib: Məlumatlara əsasən, Məsud Soleymaninin zindan şəraiti münasib deyildir.

Tehran Pedaqoji Universitetinin müəllimi və əsas hüceyrələr üzrə tanınmış alimlərdən olan Məsud Soleymani təqribən on bir ay bundan öncədən puç dəlillərlə Amerikada həbsdədir.

Esmaili həmçinin əks-inqilbaçı  “Aməd-Nyus” saytı şəbəkəsinin başçısı və düşmənin baş media qollarından olan Ruhollah Zəmin həbs olunmasına da işarə edib. Bildirib ki, İran Zəmin həbs olunması ilə çox qiymətli məlumatlar əldə edibdir.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah oktyabrın 14-də əks-inqilbaçı  “Aməd-Nyus” saytı şəbəkəsinin başçısı və düşmənin baş media qollarından olan Ruhollah Zəmi həbs etdi.