Okt 22, 2019 20:47 Asia/Baku
  • İran hərbi və müdafiə yeniliklərini digər ölkələrlə bölüşməyə hazırdır
    İran hərbi və müdafiə yeniliklərini digər ölkələrlə bölüşməyə hazırdır

İran Ordusunun quru qoşunlarının komandanı İslam Respublikasının döyüş və müdafiə sahəsində elm və yenilikləri İslam ölkələri və dostları ilə bölüşməyə hazır olduğunu bildirib.

İran Ordusunun quru qoşunlarının komandanı briqada generalı Kiyumərs Heydəri Zəncanda jurnalistlərə deyib: İran Silahlı Qüvvələri müxtəlif sahələrdə ixtira və istehsal ilə özlərini təmin ediblər.

Hər ay İranda istehsala və ya istehsal həddinə ən azı bir yeni müdafiə nailiyyətinin çatdığını bildirən briqada generalı Heydəri əlavə edib ki, bəzi ixtiralar mediaya çıxarılmır ki, quruluşun düşmənləri gözlənilməz vəziyyətlə üzləşmiş olsunlar.

İran Ordusunun quru qoşunlarının komandanı həmçinin vurğulayıb ki, bu qüvvələr hər bir təcavüzkara cavab vermək üçün lazımi bacarığa malikdirlər. O, deyib: Düşmənlərin hərəkətləri diqqətlə izlənir ki, İslami İran sərhədlərində təhlükəsizlik tam şəkildə təmin edilmiş olsun.