Noy 10, 2019 19:23 Asia/Baku
  • İran region ölkələrinin suverenliyinə qarşı hər hansı təcavüzlə müxalifdir
    İran region ölkələrinin suverenliyinə qarşı hər hansı təcavüzlə müxalifdir

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, İran İslam Respublikası region ölkələrinin suverenliyinə qarşı hər hansı təcavüzlə müxalifdir.

Seyyed Əbbas Mousəvi bu gün daxili və xarici müxbirlərlə həftəlik brifinqində müxbirimizin Türkiyə prezidentinin bu ölkənin Suriyaya hücumundan sonra İran rəsmilərindən narazı olması ilə bağlı sözləri haqda verdiyi suala cavab olaraq, əlavə edib: İranın bölgə ölkələri, xüsusən də dost ölkələrlə ilə dostluq əlaqələri öz yerində qorunub saxlanır. Eyni zamanda, İranın Türkiyə ilə münasibətləri indiki kimi heç vaxt yüksək olmayıb, amma bu, Tehranın öz prinsipial mövqelərindən güzəştə getməsinə gətirib çıxarmayacaq.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi, həmçinin Rəcəb Tayyib Ərdoğanın İraqda son zamanlar baş verən xalq etirazlarının ehtimal üzrə İrana çəkiləcəyi və gizli əllərin olması ilə bağlı sözləri haqda deyib: Ərdoğanın sözləri əslində bir növ xəbərdarlıq, düzgün və yerli olubdur. Yaxşı olardı ki, bölgə ölkələri sayıq və həssas olsunlar.

Mousəvi İraqdakı son kütləvi etirazlar və bunun bölgəyə təsirləri haqqında isə deyib: Tehran İraqın daxili işləri barədə fikir bildirmir, amma ümumiyyətlə bəziləri İraqdakı son etirazlardan sui-istifadə etməyə çalışırlar.

İran Xarici İşlər Nazirliyinin sözçüsü, İran xarici işlər nazirinin müavini Seyyed Əbbas Əraqçinin Moskvada İranın nüvə doktrinasına yenidən baxılması ehtimalı barədəki son sözləri və avropalıların "snapbək" mexanizmi, yəni sanksiyaların geri qaytarılması ilə bağlı eşidilən fikirlər haqda belə söyləyib: Avropalıların nə belə bir işlə haqları çatır, nə də ki, bu işi görə bilərlər, zira İranın nüvə öhdəliklərinin azaldılması nüvə anlaşmasının maddələrinə əsasən həyata keçirilib və bu hüquq İran İslam Respublikası üçün qorunur.

 

 

Teqlər