Noy 13, 2019 09:22 Asia/Baku
  • İslam dünyası düşmənlərlə mübarizə üçün birliyə ehtiyac duyur

İran TeleRadio Təşkilatının sərhədaşırı bölmə üzrə sədr müavini bildirib ki, İslam İnqilabı müsəlmanların birliyini vurğulayır. O, deyib ki, İslam dünyası düşmənlərlə mübarizə üçün birliyə ehtiyac duyur.

İran TeleRadio Təşkilatının sərhədaşırı bölmə üzrə sədr müavini Peyman Cebelli vəhdət həftəsi münasibətilə bu təşkilatda keçirilən sünni əhlindən olan din xadimləri ilə görüşdə düşmənlərin müsəlmanlar arasında ixtilaf salmaq üzrə fitnələrinə işarə edərək, əlavə edib: İngiltərə şiəsi və səud və sionist rejim sünnisi iri pulla müsəlmanlar arasında ayrılıq və təfriqə salmaq və düşmənlərin hədəflərini həyata keçirmək niyyətindədirlər.

Cebelli bildirib ki, İslam dünyasının birliyinin gücləndirilməsi İran TeleRadio Təşkilatının vəzifəsidir. O, deyib: İran TeleRadio Təşkilatının sərhədaşırı bölməsinin yanaşma tərzi İran İslam Respublikasının qüdrəti, irəliləyişləri və reallıqlarını bəyan etməkdən əlavə, təfriqə salan və yayıncıdırıcı cərəyanlarla mübarizə aparmaqdır.

Sünni əhli rəbiuləvvəl ayının on ikisini, şiələr isə bu ayın on yeddisini əziz İslam Peyğəmbəri(s.ə.s)-in mövlud günü hesab edirlər. Bu iki gün arasındakı müddət İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyni(r.ə.) tərəfindən vəhdət həftəsi adlandırılıbdır.