Noy 15, 2019 15:09 Asia/Baku
  • İnqilab Rəhbəri: Sionist rejimin məhvi, o deməkdir ki, Fələstinin əsas sahibləri hökumət seçə bilsinlər
    İnqilab Rəhbəri: Sionist rejimin məhvi, o deməkdir ki, Fələstinin əsas sahibləri hökumət seçə bilsinlər

İslam İnqilabının Böyük Rəhbəri İsrailin məhvini saxta sionist rejimin məhvi və müsəlmanlar, xristianlar və yəhudilər daxil olmaqla Fələstinin əsas sahiblərinin seçilmiş hökumətinin hakim olması adlandırıblar.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün səhər İran İslam Respublikası quruluşunun məsul şəxsləri,  İslami Birlik konfransında iştirak edən qonaqlar, islami ölkələrin səfirləri və xalqın müxtəlif təbəqələrindən bir qrupu ilə görüşdə belə qeyd ediblər:  Amerika başda olmaqla İslamın düşmənləri İslamın prinsipi və bütün islami ölkələrlə müxalifdirlər və onların bizim regiondakı əsas silahı, həssas və qərar çıxarılan mərkəzlərə sızma, xalqlarda təfriqə salma və problemlərin həll yolu kimi Amerika qarşısında təslimolma-dır ki, bu planların müqabilində əlac yolu, haqq yolunda müqavimət və ziyalandırmadır.

İslam İnqilabının Böyük Rəhbəri vəhdətin dərəcələrini sadalayaraq, İslam Dünyasının birliyində ən aşağı dərəcə və birinci addımı "islami məzhəblər, qövmlər, hökumətlər və cəmiyyətlərin bir-birilərinə təcavüz etmək və zərbə vurmaqdan çəkinmələri" və " müştərək düşmən qarşısında ittifaq" adlandırıb və belə söyləyiblər: Daha yüksək dərəcələrdə islami ölkələr yeni islami sivilizasiyaya çatmaq istiqamətində siyasi qüdrət, təhlükəsizlik, sərvət və elmdə bir-birilərilə həmkarlıq etməli və çalışmalıdırlar ki, İran İslam Respublikası da məhz bu cəhəti, yəni yeni islami sivilizasiyaya çatmağı özünün son hədəfi qərar veribdir.

Həzrət Ayətullahuluzma Xamenei Şimali Afrika, Qərbi Asiya və Yəməndəki qanlı savaşlar və Fələstin məsələsi daxil olmaqla İslam Dünyasında mövcud olan müsibətlərin müştərək düşmən qarşısında birlik/ və təcavüzdən çəkinmə prinsipinə sadiq qalmamaqdan irəli gəldiyini bildirib və belə qeyd ediblər: Bu gün İslam Dünyasının ən böyük müsibəti, Fələstin məsələsidir ki, bir milləti öz evi və vətənindən didərgin salıblar.

O həzrət düşmənlərin İmam Xomeyni(r.ə)-in və islami quruluşun məsul şəxslərinin "İsrailin məhvi" barədəki təkidlərinin mənasının təhrif olunması üzrə səylərinə işarə edərək, deyiblər: Biz Fələstinin, onun istiqlaliyyəti və nicatının tərəfdarıyıq və İsrailin məhvi, yəhudi xalqının məhvi demək deyildir, zira bizim onlarla heç bir işimiz yoxdur, necə ki, bizim ölkəmizdə də bir qrup yəhudi tam təhlükəsizlikdə yaşayır.

Həzrət Ayətullahuluzma Xamenei vurğulayıblar: Fələstin xalqı, bu ölkənin əsas sahibləri olan müsəlman, xristian və yəhudilər özləri öz hökumətlərini seçə bilməlidirlər və əcnəbilər və Netanyahu kimi xuliqanları çıxarmalı və öz ölklələrini idarə etməlidirlər.

İslam İnqilabının Böyük Rəhbəri İslam Dünyasının din alimləri və ziyalılarının vəzifəsini son dərəcə önəmli adlandırıb və belə vurğulayıblar: Qüdrətlə haqqı müdafiə edin, düşməndən qorxmayın və bilin ki, İslam Dünyası Allah-Taalanın köməkliyi ilə çox da uzaq olmayan bir gələcəkdə özünün parlaq arzularının həyata keçməsini görəcəkdir.

 

 

Teqlər