Noy 17, 2019 08:56 Asia/Baku
  • İnsan haqları iddiaçıları cinayətlərinə görə, mühakimə olunmalıdırlar
    İnsan haqları iddiaçıları cinayətlərinə görə, mühakimə olunmalıdırlar

İran İslam Respublikasının məhkəmə hakimiyyətinin sədri dünən gecə Tehranda 33- cü Beynəlxalq İslami Birlik Konfransının bağlanış mərasimində deyib: Amerikalılar və onların Yəmən, Fələstin və İslam Dünyasının müxtəlif nöqtələrindəki müttəfiqləri xüsusiyyət təşkil etməklə insan haqları iddiaçılarının günahsız xalqlara qarşı etdikləri hərəkətlər cinayətdir və buna görə, təqib və mühakimə olunmalıdırlar.

Höccətulislam vəlmuslimin Seyyed Ebrahim Rəisi vurğulayıb ki, Qərb və Amerikanın müttəhimlər kürsüsündə əyləşmələrinin təqib olunması İslam Dünyasının bütün hüquqşünasları və mütəfəkkirlərinin vəzifəsidir. O, qeyd edib ki, beynəlxalq müahidələrə əsasən, bu gün bəşəriyyətə qarşı ən böyük canilər, amerikalılar və sionistlərdirlər.

İran İslam Respublikasının məhkəmə hakimiyyətinin sədri Fələstin məsələsinə də toxunub və belə deyib: Bu gün Fələstində üstün cəhət, həmçinin din, ilahi dəyərlər və Böyük İslam Peyğəmbəri(s.ə.s)-n təlimlərinə söykənən təşəbbüs, fələstinli mücahidlərin tərəfindədir.

Höccətulislam vəlmuslimin Seyyed Ebrahim Rəisi Fələstin və Qüdsün azadlığını tamamilə əlçatılası adlandırıb və vurğulayıb ki, Fələstin və Qüdsün azadlığı İslam Dünyasının prioritetidir.

İran İslam Respublikasının məhkəmə hakimiyyətinin sədri İslam İnqilabının Böyük Rəhbərinin müxtəlif miqyaslarda birliyin yaradılmasının önəmi, təcavüzlərdən çəkinmə və islami sivilizasiyaya zəmin yaratmaq üçün bütün imkanlardan istifadəyə dair bəyanatına işarə edib və deyib ki, islami sivilizasiyanın cilvələri dünyada zahir olub və din adında bir mədəniyyət hazırda tamamilə həyatakeçəsidir.

33-cü Beynəlxalq İslami Birlik Konfransı “Məsciduləqsanın müdafiəsində İslam Ümmətinin birliyi” şüarı və dünyanın doxsan ölkəsindən olan universitet işçiləri, mütəfəkkirlər və siyasi şəxsiyyətlərdən 400 nəfərin iştirakı ilə cümə axşamı, cümə və şənbə günləri Tehranda keçirildi.