Dek 04, 2019 14:00 Asia/Baku
  • İran sanksiya edənlər qarşısında müqaviməti davam etdirəcək

İran İslam Respublikası prezidenti bildirib ki, düşmən ötən iki il ərzində İran xalqına qarşı ən kəskin sanksiyalar tətbiq edib. O, deyib: İran sanksiya edənlər qarşısında müqaviməti davam etdirəcək.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Tehranda 26-cı “Sığorta və İnkişaf” konfransında bildirib ki, Ərəbistan və sionist rejim nüvə anlaşmasından çıxmaq sahəsində Amerikaya təsirgöstərmənin və İrana qarşı sanksiyaların şiddətlənməsinin əsas amilləri olublar. O, vurğulayıb: İran xalqı öz ölkəsinin müstəqilliyi və başıucalığı üçün düşmənlər qarşısında həyatının son anınadək müqavimət göstərəcək.

“İran müzakirə yolunu bağlamayıbdır” deyən Ruhani əlavə edib: Əgər Amerika öz terrorçu, qeyri-düzgün, qanunsuz, yanlış və zalımcasına sanksiyalarını götürərsə, dərhal 5+1 başçıları görüş keçirə bilərlər və İranın da heç bir problemi yoxdur.

İran İslam Respublikasının prezidenti bildirib ki, İranın nüvə öhdəliklərinin azaldılması nüvə anlaşması çərçivəsindədir. O, qeyd edib ki, İran nüvə anlaşmasını pozmayıbdır.

Ruhani iğtişaşçıların İrandakı hərəkətlərinə toxunaraq deyib: İğtişaşçılar öz ifadələrində etiraf ediblər ki, mütəşəkkil və planlaşdırılmış şəkildə bu hadisələrdə iştirak ediblər.

 

 

Teqlər