Dek 04, 2019 19:43 Asia/Baku
  • Regional oyunçular Tehran-Bakı dostcasına əlaqələrinə dözmürlər

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi deyib ki, regional oyunçular Tehran-Bakı dostcasına əlaqələrinə dözmürlər.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Mohəmməd Baqeri bu gün Tehranda Azərbaycan Respublikasının baş nazir müavini Şahin Mustafayev ilə görüşdə əlavə edib: İran İslam Respublikası iki ölkənin müsəlman xalqları və silahlı qüvvələrinin əlaqələrini özünün strateji prioritetləri bilir.

Azərbaycan Respublikasının baş nazir müavini Şahin Mustafayev də İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin mövqe və baxışlarını yüksək qiymətləndirib. O, bu baxışların ortaq tarix və mədəniyyətə malik olan iki qonşu ölkə arasında qardaşcasına əlaqələrin möhkəmlənməsinə səbəb olacağını bildirib.

Təhlükəsizlik və müdafiə həmkarlıqlarının hərtərəfli şəkildə inkişaf etməsi, onun strateji baxışla genişlənib, möhkəmlənməsi general Baqeri ilə Mustafayevin bu görüşdə nəzərdən keçirdikləri mövzulardan olubdur.

Qeyd edək ki, Tehranda səfərdə olan Azərbaycan Respublikasının baş nazir müavini Şahin Mustafayev İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə də görüşübdür.