Yan 15, 2020 21:23 Asia/Baku
  • İranın XİN başçısı Hindistanın baş naziri ilə görüşüb
    İranın XİN başçısı Hindistanın baş naziri ilə görüşüb

Hindistanda səfərdə olan İran İslam Respublikasının xarici işlər naziri bu ölkənin baş naziri ilə görüşüb və danışıqlar aparıb.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Hindastanın baş naziri Narendra Modi ilə görüşdə ikitərəfli əlaqələr, ticarət və iqtisadi əməkdaşlıqlar xüsusilə enerji sektoru və Çabahar bölgəsində əməkdaşlıq, həmçinin regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıb.

İranın xarici işlər naziri Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən "Raisina dialoqu" ənənəvi illik konfransında iştirak etmək üçün yanvarın 14-də bu ölkəyə daxil olub.

M.C.Zərif bu konfransda çıxış etməklə yanaşı Hindistanın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Acit Dual, Əfqanıstanın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Həmdullah Mohib və Estoniyanın xarici işlər naziri Urmas Reynsalu ilə də görüşüb, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıb.

5-ci "Rainsina dialoqu" Beynəlxalq Konfransı yanvarın 14-də Yeni Dehlidə işə başlayıb və cümə axşamı günü yanvarən 16-dək davam edəcəkdir.