Yan 17, 2020 17:53 Asia/Baku
  • Sepah-ın qüdrətli cavabı Amerikanın fövqəldövlət heybətinə zərbə idi
    Sepah-ın qüdrətli cavabı Amerikanın fövqəldövlət heybətinə zərbə idi

İslam İnqilabının Böyük Rəhbəri İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Amerikanın heybətinə zərbəsinin bu ölkənin biabır olmasına səbəb olduğunu bildirib və belə deyiblər: Bu heysiyyətə toxunan möhkəm zərbənin əvəzi, heç bir şey ilə çıxılmaz və bu günlər amerikalıların danışdıqları sanksiyaların artırılması onların itirlmiş abrını geri qaytarmayacaq.

Həzrət Ayətullahuluzma Xamenei Tehranın bugünkü əzəmətli və yaddaqalan cümə namazında İran xalqının şəhid Qasem Soleymaninin və onun silahdaşlarının pak cənazəsi ilə vida mərasimindəki iştirakını, eləcə də Sepah-ın amerikalıların Əynuləsəddəki bazasına hücum üzrə dağıcıdı cavabını iki ibrətamiz və təyinedici ilahi gün adlandırıb və belə əlavə ediblər: Son həftələrin ilahi günlərini təsir altına almaq üzrə səylərdən biri, üç xəbis Avropa hökumətinin İranı, nüvə məsələsini Təhlükəsilzik Şurasına aparmaqla hədələməsi olub.

İslam İnqilabının Böyük Rəhbəri bildiriblər ki, avropalılar sözün əsl mənasında alçaq və Amerikanın nökəridirlər. O həzrət deyiblər: Avropalılar İran xalqını dizə çökdürmək xülyasındadırlar ki, əlbəttə, onların ağaları və böyükləri, yəni Amerika da bu işi görə bilmədi, onlar nə edə bilərlər!

O həzrət avropalıların müzakirələrnin də hoqqabazlıq və aldatma ilə qarışıq olduğunu bildirərək, deyiblər: Müzakirə masası arxasında oturan o centlemenlər əslində geyimlərini dəyişmiş Bağdad hava limanındakı terrorçulardırlar.

İslam İnqilabının Böyük Rəhbəri sərnişin təyyarəsinin qəzaya uğraması kimi kədərli hadisəyə işarə edərək, vurğulayıblar: Bizim təyyarənin qəzaya uğraması hadisəsindən qüssələndiyimiz qədər, düşmənimiz sevindi. Onlar elə təsəvvür edirdilər ki, bir vasitə tapıblar və onunla Sepah-ı və İslam Respublikası quruluşunu şübhə altına ala bilərlər, amma yanıldılar. Onlar məkr etdilər, amma bilmədilər ki, onların məkrləri Allah-Taalanın qüdrətli əli qarşısında təsirsizdir.

Həzrət Ayətullahuluzma Xamenei ikinci xütbənin əsas hissəsini ərəb dilində bəyan ediblər və amerikalıların bu ölkənin cinayətkar prezidentinin göstərişi ilə böyük və şücaətli bir iranlı sərkərdəni, həmçinin fədakar və mömin bir iraqlı mübarizi terror etmək üzrə qorxaqcasına cinayətinə işarə edərək, deyiblər: Regionun aydın taleyi, Amerikanın zalım hökmranlığından xilas etmək və Fələstinin sionist əcnəbilərin hakimiyyətindən qurtulmasıdır ki, xalqların ciddi-cəhdi ilə bu hədəfə çatmağın zamanı daha da yaxınlaşmalıdır.

İslam İnqilabının Böyük Rəhbəri regionun bütün müsəlman xalqlarına xitabən vurğulayıblar: İslam Dünyası yeni bir səhifə açmalıdır; oyaq vicdanlar və mömin ürəklər xalqlarda özünəinam hissini oyatmalıdır və hamı bilməlidir ki, xalqların yeganə nicat yolu, tədbir, müqavimət və düşməndən qorxmamaqdır.