Yan 19, 2020 20:40 Asia/Baku
  • General Soleymaninin terroru ABŞ-ın strateji səhvi idi
    General Soleymaninin terroru ABŞ-ın strateji səhvi idi

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini deyib: İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymaninin terroru Amerikanın strateji səhvi idi və bu, Qərbi Asiyada və Fars Körfəzində böyük dönüş nöqtəsi yaratdı.

Seyyed Əbbas Əraqçi əlavə edib: General Soleymaninin terroru müqavimət stimullarının artmasına səbəb oldu və bu möhtərəm sərkərdənin şəhadətindən şad olan kəslər bilsinlər ki, general Soleymaninin şəhadəti qəti şəkildə müqavimət hərəkatına daha artıq təkan verəcəkdir.

İraqçı söyləyib: General Soleymaninin terror edilməsilə müqavimət bir şey itirməyib, əksinə müqavimətin silahı və amalı və hətta bu hərəkatın diskursu və komandanlığı daha da güclənibdir.

Teqlər