Yan 21, 2020 15:22 Asia/Baku
  • Dünya azadlıqsevərləri general-leytenant Soleymaninin qanının intiqamını alacaqlar
    Dünya azadlıqsevərləri general-leytenant Soleymaninin qanının intiqamını alacaqlar

İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı deyib ki, düşmən namərdcəsinə general-leytenant Qasem Soleymanini şəhid etdi. O, əlavə edib: Bütün dünyadakı azadlıqsevərlər şəhid Soleymaninin qanının intiqamını almaq istəyirlər və onun intiqamını düşmənlərdən alacaqlar.

Briqada generalı pasdar Esmail Qaani Tehranda onun İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı kimi təqdimatı mərasimində bildirib ki, düşmənlər general-leytenant Qasem Soleymani ilə döyüş meydanında vuruşmaq qüdrətinə malik deyildilər. O, vurğulayıb: Şəhid Soleymaninin qüdrət və inamla addım atdığı aydın yol qüdrətlə davam edəcək.

Briqada generalı Qaani Amerikanın siyasətini şər işlər, düşmənçilik və xəbislik adlandıraraq, deyib: İranın düşmənləri gücdən başqa bir dil başa düşmürlər. Bu cəhətdən, onların qarşısında qüdrətlə dayanmaq və müqavimət göstərmək lazımdır.

İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı həmçinin general-leytenant şəhid Qasem Soleymaninin şəxsiyyətinin vəsfində belə qeyd edib: Vilayətə tabe olmaq, şəhid Soleymaninin hərəkətlərinin mehvəri və əsas göstəricisi idi və nəhayət İslamın yüksəlişi yolunda uzun illər mübarizədən sonra öz çoxdankı arzusu olan şəhadətə çatdı.