Yan 29, 2020 17:45 Asia/Baku
  • İran
    İran "əsrin sövdələşməsi" ilə mübarizə aparmaq üçün region ölkələrilə həmkarlığa hazırdır

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran İslam Respublikası İslam Ümmətini hədələyən "əsrin sövdələşməsi" kimi böyük fitnə ilə mübarizə aparmaq üçün region ölkələrilə həmkarlığa hazırdır.

Seyyed Əbbas Mousəvi bu gün öz şəxsi tvitter səhifəsində yazıb: Fələstin məsələsinin önəminə və təcili ehtiyaca əsasən, region ölkələrinin bəzi ixtilafları bir yana qalsın, İran "əsrin sövdələşməsi" kimi böyük bir fitnə ilə mübarizə aparmaq istiqamətində İslam Dünyasının birliyi üçün bütün səviyyələrdə əməkdaşlığa hazırdır.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də dünən gecə bir tvitt-də yazıb: Bu, üzdəniraq “sülh perspektivi” region və dünya üçün kabus olan sırf olaraq bünövrəsiz, əlüstü cızılmış və uğursuz qalmış xəyali bir plandır.

Zərif ümidvarlıq edib ki, amerikalıların bu fitnəsi  yanlış yolda durmuş bütün müsəlmanlar üçün həyəcan siqnalı olacaq.