Fev 14, 2020 12:00 Asia/Baku
  • General Soleymani çətin günlərin adamı idi
    General Soleymani çətin günlərin adamı idi

Livan Hizbullahının baş katibi İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Hac Qasem Soleymaninin şəhadətinə həsr olunmuş eksklüziv müsahibədə deyib: Şəhid Hac Qasem Soleymani sərt və çətin günlərin adamı idi.

Seyyid Həsən Nəsrullah belə qeyd edib: General Soleymani sırf hərbi komdan deyildi. O, bütün təhlükəsizlik və siyasi məsələlərdən də xəbərdar idi.

Seyyid Həsən Nəsrullah söyləyib: Hac Qasimin məktəbi İslam İnqilabının böyük banisi İmam Xomeyni(r.ə)-in məktəbindən irəli gəlmişdi. O, deyib: Müqavimət qrupları mütləq şəkildə onun məktəbi, yolu və üslubunu var gücləri ilə davam etdirəcəklər.

Livan Hizbullahının baş katibi vurğulayıb ki, Hac Qasem Soleymaninin və İraqın Əlhəşduşşəbi təşkilatının rəis müavini Əbu Məhdi Əlmuhəndisin şəhadətləri müqavimət cəbhəsinin damarlarına yeni qan vurdu. O, söyləyib: Hər yerdə, o sıradan Fələstin, Livan, Suriya, İraq, Yəmən və Əfqanıstanda Hac Qasemi tapmaq olar.