Fev 19, 2020 07:19 Asia/Baku
  • Azərbaycan əhalisi müxtəlif zamanlar və hadisələrdə öncül olublar
    Azərbaycan əhalisi müxtəlif zamanlar və hadisələrdə öncül olublar

İslam inqilabının böyük rəhbəri şərqi Azərbaycan vilayətindən minlərlə əhali ilə görüşündə Azərbaycanın inqilab tarixindəki rolunu alqışlayaraq bildiriblər: Azərbaycan əhalisi müxtəlif dövrlər və hadisələrdə həmişə öncül olmuşdur.

İslam inqilabının böyük rəhbəri həzrət Ayətullahül-üzma Xamenei fevralın 18-də təbriz əhalisinin 1978-ci il 18 fevral tarixi qiyamının 42-ci ildönümü günündə baş tutan bu görüşdə Azərbaycan əhalisinin ən əsas xüsusiyyətinin milli, dini və inqilabi izzəti özündə əks etdirmək, ehtiyac olduqda səhnəyə gəlmək, ölkəni, inqilabı və dini mentaliteti müdafiə etmək olduğunu bildirərək deyiblər: Təbriz əhalisinin Qum əhalisinin 19 dey qiyamının qırxında vaxtlı-vaxtındakı iştirakı Allah taalanın bərəkətinə səbəb oldu və bu hərəkət xalqın ümumi hərəkətinin başlanması və tağut rejiminin devrilməsi və islami hökumətin qurulmasınadək  silsiləli şəkildə davam etdi. 

İslam inqilabının göyük rəhbəri çıxışının başqa bir hissəsində Azərbaycan və Təbriz əhalisinin tarixi hadisələr və islam inqilabının qələbəsindən sonrakı hadisələrdəki təsirli roluna toxunaraq bildiriblər: Azərbaycan əhalisi müxtəlif dövrlər və hadisələrdə həmişə öncül olub və bunun nümunələrini 18 fevral 1978-ci ildə , müqəddəs müdafiə dövründə, 2009-cu ilin fitnəsində, General Süleymaninin anım mərasimindəki əzəmətli toplantıda və cari il 22 bəhmən yürüşlərində müşahidə etmək olar. Hansı ki, kəskin qar yağmasına baxmayaraq 22 bəhmən yürüşlərində əhali geniş iştirak etdi. 

İslam inqilabının böyük rəhbərinin çıxışından öncə Vəliyi Fəqihin şərqi Azərbaycan vilayətindəki nümayəndəsi və Təbriz şəhərinin imam cüməsi Höccətül-İslam vəl-müslimin Ali Haşim İnqilabı müdafiə meydanlarında zamanın tələblərini başa düşərək təşəbbüskarlığı ələ almağın Təbriz əhalisinin əsas xüsusiyyətini təşkil etdiyini bildirərək deyib: Məscidlər inqilab qüvvələrinin əsas mərkəzi olaraq eyni zamanda düşüncə, fəaliyyət və proqramlaşdırma mərkəzləri olmalıdır. 

 

Teqlər