Fev 24, 2020 19:01 Asia/Baku
  • İran sərhədlərinin bağlı olması müvəqqətidir
    İran sərhədlərinin bağlı olması müvəqqətidir

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İranın bəzi qonşu ölkələrlə sərhədlərinin bağlı olmasını müvəqqəti və koronavirusla mübarizə üçün adlandırıb.

Seyyed Əbbas Mousəvi bu gün IRIB müxbiri ilə müsahibədə İranda koronavirusun durumu haqda əlavə edib: Koronavirus İranda aşkar edilərkən İranın qonşuları xəstəliyin onların ölkəsinə sirayət etməsilə bağlı nigaran idilər ki, bu məsələ əhali gediş-gəlişinə və ya qonşu ölkələr arasında ixracat və idxalata mane olmamalıdır.

Mousəvi deyib: İran Xarici İşlər Nazirliyi səfirliklər vasitəsilə qonşu ölkələrin yüksək vəzifəli rəsmilərilə məşvərətlərə başlayıbdır ki, onları sərhədlərdən heç bir şübhəli halın keçməcəyinə əmin etmiş olsun.

Mousəvi deyib: İranın qonşu ölkələrlə sərhədlərinin bağlanmasının daimi və ardcıl olacağı olduqca mümkünsüzdür. O, deyib: Bu addım bəzi qonşu ölkələr tərəfindən atılan müvəqqəti və önləyici addımlardandır.

Koronavirus ötən ilin dekabrında Çinin şərqində yerləşən Hubey əyalətinin Uhan şəhərindən başlanıb və zahirən onun mənşəyi vəhşi heyvanlar olubdur.

Bu virus hazırda Çinin 30 əyalətindən əlavə, İran, ABŞ, İngiltərə, Avstraliya, Tailand, Cənubi Koreya, Yaponiya, Kanada, Fransa, Ərəbistan və əmirliklər daxil olmaqla azı 25 ölkəyə sirayət edibdir.

Son statistikalara görə, indiyədək dünyada azı 79 min nəfər bu virusa yoluxub. Onların təqribən 18 min nəfəri sağalıb və xəstəxanadan buraxılıbdır. 2500-dən çox nəfər də həyatını itiribdir.