Fev 27, 2020 10:30 Asia/Baku
  • Azərbaycan Respublikası və İranın hərbi rəsmiləri görüş keçiriblər

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi Fuad Məmmədov İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının koordinasiya müavini briqada generalı Əli Əbdollahi ilə görüşüb.

İki ölkənin hərbi rəsmilərinin də qatıldıqları bu görüşdə tərəflər birgə manevrlərin keçirilməsi və hərbi heyətlər mübadiləsi daxil olmaqla müxtəlif məsələlərdə daha artıq həmkarlıqlar ətrafında fikir mübadiləsi aparıblar.

İran və Azərbaycan Respublikasının birgə hərbi komissiyasının ikinci iclası iki tərəfin hərbi heyətlərinin iştirakı ilə Tehranda İran Silahlı Qüvvələrinin Baş Qərargahının məkanında keçirilib.

İran və Azərbaycan Respublikası birgə və uzun sərhədlərə, habelə bir çox hərbi, müdafiə, təhlükəsizlik və polis məsələlərində əməkdaşlıq üzrə geniş sahələrə malikdirlər. Qafqaz bölgəsi və Xəzər dənizinin təhlükəsizliyi, həmçinin narkotik vasitələr, insan alveri və terrorizm kimi məsələlər tərəflərin müzakirə və əməkdaşlıqları genişləndirmək istiqamətində maraq göstərdikləri mövzulardandır.

 

 

 

Teqlər