Mart 25, 2020 19:59 Asia/Baku
  • İranda 9 min nəfərdən çox koronaviruslu xəstə sağalıb
    İranda 9 min nəfərdən çox koronaviruslu xəstə sağalıb

İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri bildirib ki, indiyədək İranda koronavirusa yoluxanlardan 9625 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Kiyanuş Cəhanpour bu gün müxbirlərlə müsahibədə ölkədə 27017 nəfərin koronavirusa yoluxduğunu bildirərək deyib ki, ötən sutka ərzində 143 koronaviruslu xəstənin vəfat etməsilə İranda bu xəstəlikdən həyatını itirənlərin sayı 2077 nəfərə çatıb.

Cəhanpour sonra deyib: İndiyədək İranda koronavirusla mübarizə üzrə milli səfərbərlik layihəsində 47 milyon nəfərdən çox insan dispanserləşdirilibdir.

İran dövlətinin silahlı qüvvələrin köməyi ilə həyata keçirdiyi profilaktik və müalicə tədbirləri ilə bir zamanda, vaxtındanqabaq diaqnoz prosesi, xəstələr ilə təmasda olan şəxslərin izlənilməsi, xəstələrin karantinə salınmaları və koronaviruslu şəxslərin müalicəsi İran xalqının bütün təbəqələrinin həmkarlığı ilə sürətlə həyata keçirilir.

İRANDA COVID-19-DAN 9 MİN NƏFƏRDƏN ÇOX İNSAN SAĞALIB