Mart 26, 2020 12:54 Asia/Baku
  • 8 ölkədən BMT baş katibinə məktub
    8 ölkədən BMT baş katibinə məktub

İran, Rusiya, Çin, Kuba, Şimali Koreya, İraq, Venesuela və Nikaraquanın BMT-dəki nümayəndələri BMT baş katibinə məktubda koronavirusun hamının ümumi düşməni olduğunu bildirib və xəbərdarlıq ediblər ki, sanksiya COVID-19-un aradan götürülməsinə mənfi təsir göstərir.

İran, Rusiya, Çin, Kuba, Şimali Koreya, İraq, Venesuela və Nikaraquanın BMT-dəki nümayəndələrinin Antonio Quterreşə ünvanlanan bu məktubunda sonra deyilir: İndinin özündə BMT nizamnaməsini və beynəlxalq qanunları aşkar və qanunsuz şəkildə pozan birtərəfli intiqam tədbirləri ilə üzlələşən ölkələr koronavirusla mübarizədə çətinlik çəkirlər.

Bu məktub BMT-nin müstəqil ekspertlərinin birtərəfli intiqam tədbilərinin bəşəriyyətin üçdə birindən çoxuna mənfi təsir göstərməsinə dair hesabatına işarə və belə əlavə edir: Siyasi hesablamaların insanların həyatının xilas edilmələri yolunda bir maneə olmasına icazə verilməməlidir.

Məktubun davamında vurğulanıb ki, koronavirusla mübarizə qarşılıqlı həmkarlıq, yardım və həmrəylik tələb edir.

Məktubda sonra deyilir: Sanksiyaların mövcud olduğu bir şəraitdə milli hökumətlərin xüsusən xəstələrin müalicəsi üçün zəruri olan dərmanlar və sınaq şüşələri daxil olmaqla tibb ləvazimatı və avadanlıqlarının vaxtında və təsirli şəkildə əldə olunmaları ilə bağlı koronavirusla mübarizə üzrə intensiv səyləri zəifləyir.

İran, Rusiya, Çin, Kuba, Şimali Koreya, İraq, Venesuela və Nikaraquanın BMT-dəki nümayəndələri BMT-nin baş katibindən iqtisadi təzyiq üzrə bu cür qanunsuz. Icbari və özbaşına hərəkətlərin dərhal və tam şəkildə aradan götürülməsini tələb ediblər.

Son statistikalara görə, indiyədək dünyada 471 min nəfərdən çox insan koronavirusa yoluxubdur ki, bu miqdardan 114 min nəfərdən çox insan sağalıb, azı 21 min nəfər isə həyatını itiribdir.

8 ÖLKƏDƏN BMT BAŞ KATİBİNƏ MƏKTUB

 

Teqlər