Mart 27, 2020 07:41 Asia/Baku
  • Dünya quldurun sanksiyalarına seyrçi olmasın

İranın xarici işlər naziri dünən gecə bir tivitter mesajında yazıb ki, hətta Amerika da dünyanın ən böyük iqtisadiyyatı kimi koronavirusla mübarizə üçün beynəlxalq yardımlara ehtiyaclıdır. O, dünya ictimaiyyətindən istəyibdir ki, Vaşinqtonun sanksiyalarına seyrçi olmasın.

Məhəmməd Cavad Zərif tvitter-də ABŞ prezidenti Donald Trampın koronavirusla mübarizə üçün Cənubi Koreyadan kömək diləməsinə də toxunub və belə yazıb: Koronavirus hazırda dünyaya geniş və ağır xəsarətlər qəbul etdirməkdədir və heç bir ölkə amanda deyil. Hətta dünyanın ən böyük iqtisadiyyatı da bu pandemiya ilə mübarizə aparmaq üçün başqalarının yardımına ehtiyaclıdır. Bununla belə, Vaşinqton İrana qarşı iqtisadi terrorizmi dayandırmaqdan boyun qaçırır.

Zərif sonra yazıb: Görən, Amerika daimi bir pandemiya ardıncadır? Quldurun sanksiyalarına riayət etməmək etik bir zərurətdir.

Son həftələrdə İranda və dünya ölkələrində koronavirus pandemiyasının ardınca Türkiyə, Rusiya, Pakistan və Çin daxil olmaqla müxtəlif ölkələrin rəsmilərinin böyük bir hissəsi Amerikanın İran əleyhinə birtərəfli və qanunsuz sanksiyalarının ləğvini istəyibdir.

Əsas əmtəə mallarına və hətta dərman preparatlarına və tibbi avadanlıqlara şamil olan Vaşinqtonun birtərəfli və zalımcasına sanksiyaları koronaviruslu xəstələr xüsusiyyət təşkil etməklə İran xalqı üçün bi çox problemlərin yaranmasın bais olubdur.

Bununla belə, Amerika prezidenti Donald Tramp cümə günü vurğuladı ki, bu ölkənin İrana qarşı sanksiyalarının ləğvi ilə müxalifdir.

Amerika İrana qarşı sanksiyaların ləğv edilməsinə dair tələblərə rəğmən, ötən bir neçə gün ərzində bir neçə iranlı şəxsiyyət və şirkəti sanksiya edibdir.

DÜNYA QULDURUN SANKSİYALARINA SEYRÇİ OLMASIN