Apr 03, 2020 19:40 Asia/Baku
  • İranda 69 milyon nəfərdən çox insan dispanserləşdirilib
    İranda 69 milyon nəfərdən çox insan dispanserləşdirilib

İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri ölkədə koronavirusla mübarizə üzrə milli səfərbərlik layihəsində 69 milyon nəfərdən çox insanın dispanserləşdirilməsindən xəbər verib.

Kiyanuş Cəhanpour bu gün ölkədə koronavirusla mübarizə üzrə milli səfərbərlik layihəsinin icra olunmasına toxunaraq, deyib: Hazırda 69 milyon nəfərdən çox iranlı səhiyyə nazirliyinin saytı və ya telefon vasitəsilə dispanserləşdirilibdir.

Cəhanpour bildiirb ki, hazırda İranda yüz min nəfərdən çox insan dispanserləşdirmə və mühafizə işini həyata keçirir. O, sonra deyib: Ölkədə koronavirusla mübarizə üzrə milli səfərbərlik layihəsinin icra olunması ilə xəstəxanalara müraciət miqdarı azalıbdır.

Cəhanpour ABŞ-ın İrana qarşı zalımcasına sanksiyalarının götürülməsi vacibliyini vurğulayaraq, qeyd edib ki, İran İslam Respublikası Amerikadan və onun müttəfiqlərindən siyasi jestlə heç bir kömək qəbul etmir.

İranın səhiyyə nazirliyinin bildirdiyinə görə, indiyədək İranda koronavirusa yoluxmuş 53183 nfərdən 17935 nəfər sağalıb və xəstəxanadan buraxılıbdır. 3294 nəfər isə vəfat edibdir.

69 MİLYONDAN ÇOX İRANLI DİSPANSERLƏŞDİRİLİB