Apr 05, 2020 19:29 Asia/Baku
  • Koronaviruslu xarici vətəndaşlara pulsuz xidmət
    Koronaviruslu xarici vətəndaşlara pulsuz xidmət

İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri deyib ki, etik və islami rəftara əsasən, İranın dövlət müalicə mərkəzlərində koronavirusa yoluxmuş xarici vətəndaşlara xidmət pulsuzdur.

İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri Kiyanuş Cəhanpour bu gün video-konfrans formasında keçirilən mətbuat konfransında bildirib ki, sağlamlıq insanların ilkin hüquqlarındandır. O, sonra deyib: İran xalqı üçün görülən hər bir səhiyyə və müalicə tədbiri əfqanlar daxil olmaqla xarici vətəndaşlara da göstəriləcəkdir.

Amerikanın birtərəfli sanksiyaları ucbatından İranın sağlamlıq sisteminin koronavirusla mübarizədə üzləşdiyi çətinliklərə toxunan Cəhanpour söyləyib: İranın səhiyyə nazirliyi bununla belə, ölkənin daxili ehtiyaclarının aradan qaldırılacağı təqdirdə, öz imkanlarını qonşu ölkələrin və hətta bütün dünya xalqlarının ixtiyarına qoyacaq.

İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri həmçinin ölkədə koronavirusla mübarizə və bu xəstəliyin diaqnozu layihəsində 70 milyon nəfərdən çox insanın dispanserləşdirilməsindən xəbər verib.

«Əhalinin hər bir milyon nəfəri qarşılığında koronavirusa yoluxan şəxslər arasındakı ölüm halı baxımından İran dünyada 13-cü yerdə gedir»- deyən Cəhanpour bildirib ki, İran həmçinin bu xəstəlikdən sağalanlar cəhətdən dünyada 5-ci yerdə durur.

Son statistikalara görə, indiyədək ölkədə koronavirusa yoluxmuş 58 min 226 nəfərdən 22 min 11 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır. 3603 nəfər isə həyatını itiribdir.

KORONAVİRUSLU XARİCİLƏRƏ PULSUZ XİDMƏT