Apr 10, 2020 17:56 Asia/Baku
  • İranda modern filtrli maskalar istehsal olunacaq
    İranda modern filtrli maskalar istehsal olunacaq

İranın müdafiə sənayesinin mütəxəssisləri yeni maskalar üçün modern filtrlər istehsalı texnologiyasını əldə etməyə nail olublar.

İranın müdafiə naziri briqada generalı Əmir Hatəmi Tehranda ionlu modern filtrli maskaların iri həcmdə istehsalı xəttinin təqdimatı və açılışı mərasimində deyib: İranın Müdafiə Nazirliyinin gənc mütəxəssisləri koronavirusla mübarizə üçün bir müddət tədqiqat apardıqdan sonra ilk dəfə olaraq, ionlu və kristallı modern filtrlər istehsalı texnologiyasını əldə etməyə nail olublar.

General Hatəmi bildirib ki, bu növ maskalar xas özəlliklərə malikdirlər. O, sonra deyib: Bu maska virusun tənəffüs mühitinə daxil olmasının qarşısını nəzərəçarpacaq həddə alır. Onun filtrinin mexanizmində ion və kristal texnologiyasının tətbiq edilməsi ilə istehlakçılar bu maska ilə daha uzun müddətə və daha rahat nəfəs ala biləcəklər.

İranın müdafiə naziri söyləyib: Bu filtrli maskalara ionlu maddələr yaxılıb. Bu səbəbdən, ağ ciyər və tənəffüs problemləri yaşayan xəstələr həmin maskalarla daha rahat və daha asudə şəkildə tənəffüs edə bilərlər.

General Hatəmi bu maskaların gündə 100 min ədəd sayda istehsal edilmək imkanına işarə edib və belə deyib: Bu cür modern maskanın bir ay istehsal edilməsindən sonra İranın Müdafiə Nazirliyi koronavirus ilə mübarizə istiqamətində İran xalqının ehtiyacını aradan qaldırmaq üçün gündə 500 min ədəd maska istehsal etmək qüdrətinə malikdir.

İranın müdafiə nazirinin sözlərinə görə, ionlu və kristallı modern filtrə malik maskaların istehsal texnologiyası tamamilə yerlidir və onun elm və biliyi İranın Müdafiə Nazirliyinin ixtiyarındadır.

İRANDA MODERN FİLTRLİ MASKALAR İSTEHSAL OLUNACAQ