İyul 15, 2020 15:30 Asia/Baku
  • İranda Remdesivir istehsal edilir

İranın səhiyyə, müalicə və tibbi təhsil naziri koronavirusun müalicəsində istifadə edilən Remdesivir preparatının istehsalından xəbər verib.

SəhərAzəri xəbər verir, İranın səhiyyə naziri Səid Nəməki bu gün Nazirlər Kabinetinin iclası çərçivəsində dünyada koronavirusa qarşı effektiv və etibarlı bir dərmanın olmadığını diqqətə çatdırıb və xatırladıb ki, hazırda Remdesivir preparatı Avropa və ABŞ-da koronavirus xəstələrinin müalicəsi üçün tətbiq edilir və gələn həftədən etibarən İranda da onun istehsalına başlanacaq.

Nəməki İranın Səhiyyə Nazirliyinin tərtib etdiyi protokollara işarə edib və vurğulayıb ki, iranlı mütəxəssislər 57 tədqiqat qrupu çərçivəsində bu iş üzrə çalışırlar və bunun nəticələri ən uzman həkimlərdən ibarət 50 nəfərlik bir komitə tərəfindən dəyərləndirilir.

İranın səhiyyə naziri əlavə edib: "Yaxın gələcəkdə dərman preparatları sahəsində dünyanın ən aparıcı ölkələrindən biri kimi, iranlı alimlərin araşdırmalarının nəticələri nəşr ediləcək.

İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyindən verilən son məlumata əsasən, bu ölkədə koronavirusa yoluxanların ümumi sayı 264 min 561 nəfərə çatıb, onlardan təxminən 228 nəfəri müalicə olunaraq, sağalıb və xəstəxanalardan evə buraxılıb.

Teqlər