Avq 06, 2020 20:28 Asia/Baku
  • Ruhani:

İran İslam Respublikası prezidenti deyib: "Bu il İranda 17 neft-kimya layihəsinin açılışı olacaq ki, onlardan dördü artıq istifadəyə verilib, və 13 layihədə 1399-cu hicri şəmsi ilinin sonunadək istifadəyə veriləcək".

SəhərAzəri xəbər verir, İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün Buşehr və Lorestan vilayətlərində üç böyük neft-kimya layihəsinin açılış mərasimində əlavə edib: "Bu gün ümumilikdə bir milyard 600 milyon dollar dəyərində  layihələrin açılışı oldu ki, bu da göstərir ki, çətin sanksiya şəraitində çox böyük və önəmli layihələri həyata keçirib, istifadəyə veririk. İran xalqı ilin sonunadək böyük proyektlərin icrasının şahidi olacaqdır".

İran İslam Respublikası prezidenti sonda İranda çətin günlərin yaşandığına və düşmənlərin təzyiqinin ağırlığına toxunub və deyib: "Pandemiya ilə yanaşı, sanksiyalara məruz qalırıq. Sanksiyalarla yanaşı, təhrif və təhdidlərə məruz qalırıq. Bununla yanaşı, xarici mətbuatda xalqın inamını qırmaq istəyən düşmənlər var, Lakin bunların hamısının qarşısında ümid, etimad, inanc, səy, birlik və ahəngdarlığımız var və bu gün görürük ki, ölkənin orqanları, silahlı qüvvələri və xalqı böyük rəhbərin yol göstərmələri sayəsində birlik, ahəngdarlıq və həmrəyliyin şahididir". 

Bu gün Lorestan və Buşehr vilayətlərində üç böyük neft-kimya layihəsinin açılış mərasimi İran İslam Respublikası prezidentinin iştirakı ilə videokonfrans formatında keçirilib.

Bu üç layihənin istismara verilməsi ilə İranın neft-kimya sənayesinin gücü 4 milyon tondan çox artacaq.

Teqlər