Avq 14, 2020 09:31 Asia/Baku
  • İranın Venesueladakı səfiri tərəfindən elan edildi

ABŞ-ın 4 İran gəmisini ələ keçirməsi xəbəri təkzib edildi İranın Venesueladakı səfiri ABŞ-ın dörd İran gəmisini ələ keçirməsi ilə bağlı iddialarını rədd edib.

SəhərAzəri xəbər verir, Hojjat Soltani öz Twitter səhifəsində yazıb: "Amerika imperialist təbliğat maşınının başqa bir yalanı və psixoloji müharibəsi. Gəmilər İranli deyil və sahibi və ya bayrağının da İranla heç bir əlaqəsi yoxdur. Terrorist Trump, yalan təbliğatla böyük İran xalqınln qarşısında təhqir olub, məğlubiyyətə uğradığını ört- basdır edə bilməz.
Bu barədə Wall Street Journal dünən gecə bir "rəsmi"-yə istinadən xəbər yayıb ki ABŞ İran yanacağını daşıyan dörd gəmini saxlayıb və Luna, Pandi, Bering və Bella adlı gəmilər son günlər "güc tətbiq etmədən" ələ keçirilib.

Teqlər