Sen 16, 2020 08:01 Asia/Baku
  • İran-Azərbaycan R. əlaqələri inkişaf etməkdədir

İranın Bakıdakı səfiri bildirib ki, İran-Azərbaycan Respublikası əlaqələri bütün miqyaslarda inkişaf etməkdədir.

SəhərAzəri xəbər verir, Seyid Abbas Musəvi dünən axşam Bakıda özünün ilk mətbuat konfransında iki ölkə münasibətlərinin tarix boyu bu həddə dərin və geniş olmadığını bildirib.

Qonşularla əlaqələri İranın əsas prioriteti adlandıran İranın Azərbaycan Respublikasındakı səfiri vurğulayıb ki, İran Azərbaycan Respublikası üçün xüsusi yer ayırıb və hörmət nəzərdə tutub və onun istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyünə fövqəladə hörmət bəsləyir.

Musəvi üstünlük verilən ticarət barədə müqavilənin imzalanması üçün İran ilə Azərbaycan Respublikası arasında müzakirələrin başlanmasına işarə ilə söyləyib: Bu barədə yaxın gələcəkdə İran və Azərbaycan Respublikasının prezidentləri Həsən Ruhani və İlham Əliyev iki ölkə rəsmilərinin işitirakı ilə virtual bir iclasda iştirak edəcəklər.

Musəvi onu da vurğulayıbdır ki, İran Qarabağ münaqişəsinin dinc formada həll edilməsi üçün münaqişə tərəflərinə kömək etməyə hazırdır.

Teqlər