Sen 25, 2020 13:14 Asia/Baku
  • Dənizdə İrana qarşı heç bir ciddi təhdid yoxdur

"Bütün dəniz sərhədləri İran silahlı qüvvələrinin nəzarəti altındadır"

Səhər Azəri bildirir ki, bunu İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanı deyib.

İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanı kontr-admiral Hoseyn Xanzadibildirib ki, bütün dəniz sərhədləri İran silahlı qüvvələrinin nəzarəti altındadır. O, vurğulayıb ki, dənizdə İrana qarşı heç bir ciddi təhdid yoxdur.

Kontr-admiral Hoseyn Xanzadi dünən axşamçağı İranın 2-ci telekanalı ilə müsahibədə vurğulayıb ki, terrorçu Amerika rejiminin dəniz donanmasını elə ilk nöqtədən izləyirik.

O, söyləyib: Onları nöqtəbənöqtə izləyirik və dayandıqları hər bir limanda və ya keçdikləri hər bir keçiddə onlar bizim nəzarətimiz altındadırlar.

Kontr-admiral Xanzadi amerikalı terrorçuların yeni eskadrasının Fars Körfəzi bölgəsinə daxil olmasına işarə ilə deyib: Onların hərəkəti siyasi rəftara malikdir və regionun təhlükəsizliyinə təsir göstərmir, zira İranın hakimiyyəti altında olan sular olduqca yüksək təhlükəsizliyə malikdirlər.

İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanı vurğulayıb: Əgər hər an amerikalılar cüzi bir xəta edərlərsə, çox möhkəm cavab alacaqlar.

Teqlər