Sen 25, 2020 19:15 Asia/Baku
  • İran və Rusiya tələbələr və iş adamları üçün sərhədləri açmağa çalışırlar

İran və Rusiya iki ölkə sərhədlərinin iş adamları və tələbələrin üzünə açılması məsələsinə təkid ediblər.

Koronavirusun yayılmasının və bir çox ölkələrdən vətəndaşların Rusiyaya gediş-gəlişlərinin məhdudlaşdırılmasının ardınca iranlı və rus iş adamlarının iştirakı da bir çox maneə ilə üzləşdi. Hazırda iki ölkə arasında ticarət əməkdaşlıqları prosesinin asanlaşması üçün Rusiya hökumətinin qərarı ilə iki ölkə sərhədləri iş adamlarının üzünə açılmalıdır.

İranın xarici işlər naziri dünən Moskvada sıx və çoxhəcmli proqramları ilə bir zamanda, son vaxtlar inkişaf, təchiz və bərpa edilmiş İran səfirliyi konsulluğunun müraciətedənlər bölməsini açdı.

Məhəmməd Cavad Zərif İranın Rusiya da daxil olmaqla qonşu ölkələrlə bütün sərhədlərinin açıq olduğunu bildirdi:

"Bütün qonşu ölkələrlə sərhədlərimiz dəmiryolu, dəniz yolu və ya şose yolu üzrə qovşaq xətləri ilə açıqdır."

İranın xarici işlər naziri həmçinin Tehran və Moskvanın tələbələrin və iş adamlarının geri dönmələrinə zəminin yaradılması üzrə səylərindən danışıb:

"Növbəti prioritet, tələbələr və iş adamalarıdırlar ki, digər ölkələrə, xüsusən qonşu ölkələrə get-gəl edə bilsinlər. Bu barədə cənab Lavrovla müzakirələrdə yenidən səy göstərəcəyik. Son mərhələ, turizm mərhələsidir."

İran səfiri də deyib: "Tezliklə mədəni irs, əl işləri sənayesi və turizm naziri Əli Munesan turizm vizasının ləğvi barədə müqavilə imzalamaq üçün Moskvaya səfər edəcək.Veilmiş vədə əsasən, oktyabrın 20-dək o gəlməlidir ki, iki ölkənin qrup halında turist vizasının ləğvi barədəki müqaviləsi imzalanmış olsun.

Müraciət edənlər bölməsinin fəaliyyətinin kənarında qeyri-əyani konsulluq xidmətlərinin təqdim olunması istiqamətində də addımlar atılıbdır.Tələbələrlə bağlı ümumi formada, digər bölmələrdə də bir çox hissələri elektron, virtual və email formasında və ümumiyyətlə qeyri-əyani şəkildə həyata keçirəcəyik."

İran İslam Respublikası səfirliyinin Moskva, Kazan və Həştərxandakı konsulluq bölmələri ötən il İrana gəlmək istəyən Rusiya vətəndaşları və qeyri-rus vətəndaşlara on iki mindən çox elektron viza açıblar.

Teqlər