Okt 17, 2020 13:17 Asia/Baku
  • İran Gəncəyə hücumu cinayət adlandırdı

İran səfirliyi: “Günahsız insanlara, şəhərlərə hücum hərbi cinayət sayılır və dərhal dayandırılmalıdır”

SəhərAzəri xəbər verir, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi dünən gecə saatlarında Gəncə şəhərində bir neçə mülki şəxsin öldüyü və yaralandığı raket hücumunu kəskin şəkildə pisləyir.

Səfirlik həlak olanların ailələrinə başsağlığı, yaralananlara şəfa diləyir və bir daha günahsız insanlara, şəhərlərə hücumun beynəlxalq normalara və hüquqa zidd olduğunu vurğulayır: “Bu kimi əməllər hərbi cinayət sayılır və dərhal dayandırılmalıdır”.

Teqlər