Okt 24, 2020 16:07 Asia/Baku
  • Xətibzadə: İslami dəyərlərə və müsəlmanlarin inanclarına qarşı təhqir qəbuledilməzdir

Xarici İşlər Nazirliyinin sözçüsü, Fransada Peyğəmbərə (s.ə.v) qarşı davam edən təhqirləri qınayaraq vurgulayib, İslam dəyərlərini və müsəlmanların inanclarını təhqir etmək qəbuledilməz və rədd edilməlidir.

SəhərAzəri xəbər verir, Xarici İşlər Nazirliyinin sözçüsü, Fransada Peyğəmbərə (s) qarşı təhqiramiz hərəkətlərin inadkar davam etməsindən sonra ilahi peyğəmbərlərə, xüsusən onların sonuncusu olan Hz. Məhəmməd (S) şiddətlə qınanıb. 
Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: Şübhəsiz ki, İslam dünyasındakı ekstremist və azğın bir ideologiyadan qaynaqlanan, həm də Qərbə və ABŞ-a yaxın az saylı ekstremistlərin qəbuledilməz və zorakı hərəkətləri,  dünyadakı bir milyard səkkiz yüz milyon müsəlmanın hörmət etdiyi və səmavi şəxsiyyəti təhqir etməyə və hörmətsizlik etməyə heç bir əsas ola bilməz.
Xətibzadə vurğulayıb: Şübhəsiz Fransız səlahiyyətlilərinin haqsız qeyri qənaət bəxş mövqeyi, bu, ekstremizm və pis şiddətə qarşı düzgün və tədbirli bir cavab olmayıb, ki getdikcə daha çox nifrətə səbəb olur; həm də bəzi Avropa ölkələrində, az sayda olan bəzi anti-İslam ekstremist cərəyanlar tərəfindən Quranı təhqir etməkdə şübhəli və iyrənc hərəkətlərə şahid oluruq.
Diplomatik korpusun sözçüsü bu cür hərəkatları qınamaqda İslam ölkələrinin mövqeyini dəstəklədiyini açıqlayarkən, İslam dəyərlərinə və müsəlmanların inanclarına edilən təhqiri qəbuledilməz və rədd adlandirib.

Teqlər