Okt 24, 2020 20:15 Asia/Baku
  • SEPAH-ın quru qoşunları bölmələrinin Xudafərin sərhədində yerləşdirilməsi

SEPAHi- ın quru qoşunları komandanı, qoşunların Xudafərin sərhəd bölgəsində yerləşdirildiyini açıqlayıb.

SəhərAzəri xəbər verir, Sərhəd təhlükəsizliyini izləmək üçün son 20 gündə üçüncü dəfə bölgədə olan Sərdar Pakpür, Qarabağ bölgəsindəki son münaqişələrə toxunaraq deyib: SEPAH-ın quru qüvvələri bölgədə xalqın təhlükəsizlik və sülhünü təmin etməklə yanaşı milli maraqları qorumaq məqsədi ilə bölgəyə göndərilib. 
Sərdar Pakpür əlavə edib: Qonşu ölkələrin ərazi bütövlüyünə hörmət edirik və sərhəd geopolitikasında hər hansı bir dəyişiklik İran İslam Respublikasının qırmızı xəttidir.
İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunları komandanı qeyd edib: İran İslam Respublikası hər hansı bir işğala və təcavüzə qarşı çıxır və onları pisləyir və Dağlıq Qarabağın işğal olunmuş ərazilərinin azad edilməsi isə əvvəldən bizim istəyimiz idi və bunun baş verməsindən şadıq.

Teqlər