Okt 25, 2020 11:30 Asia/Baku
  • İran Əfqanıstan xalqı və hökuməti ilə simpatiyasını ifadə edib

Ötən gecə İran Xarici İşlər Nazirliyinin sözçüsü Əfqanıstandakı son terror hadisəsinə toxunaraq deyib: "Bu gecə İran Əfqanıstan üçün matəmlıdır".

SəhərAzəri xəbər verir, Bu barədə Səid Xətibzadə Tvitter səhifəsində yazıb: “Əziz Əfqanıstan, bir daha kor terrorizm səbəbindən yaralı oldu. Əfqan tələbələr heç seçmədikləri çirkin zorakılığın və sonsuz müharibənin qurbanı olublar. İran İslam Respublikası bu dəhşətli cinayəti qətiyyətlə pisləyir və Əfqanıstan xalqına və hökumətinə başsağlığı verir. 
Bu gecə İran Əfqanıstan üçün matəmlıdır”.

Teqlər