Okt 30, 2020 01:30 Asia/Baku
  • İraqçı Moskvada Qarabağ münaqişəsi ilə bağlı məsləhətləşmələr aparıb

İran İslam Respublikasının xüsusi nümayəndəsinin Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarının ikinci turu Moskvada keçirilib.

SəhərAzəri xəbər verir, İRNA-ya istinadla xəbər verir ki, İranın xüsusi elçisi və xarici işlər nazirinin müavini Seyid Abbas İraqçı Rusiyanın Qarabağ məsələləri üzrə xüsusi nümayəndəsi və bu ölkənin xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşdən sonra Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov ilə görüşüb, və Əhatəli Müştərək Təşəbbüs Proqramı ətrafında fikir mübadiləsi aparıb.

Bu danışıqlar bağlı qapılar arxasında və jurnalistlərin iştirakı olmadan aparılıb. 

Seyid Abbas İraqçının Rusiya xarici işlər nazirinin Orta Asiya və Qafqaz məsələləri üzrə müavini Andrey Dudenko ilə danışıqları Qarabağ böhranı və İran İslam Respublikasının Azərbaycan Respublikası və Ermənistan arasında münaqişənin həll edilməsi üçün irəli sürdüyü planı şərh və təqdim etməklə əlaqədar olub.

Qarabağ münaqişəsi ilə bağlı İranın təşəbbüs planını həyata keçirmək və rus rəsmiləri ilə məsləhətləşmələr aparmaq üçün oktyabrın 29-u səhər saatlarında Moskvaya daxil olan İran İslam Respublikasının xüsusi nümayəndəsi İraqçı deyib: "Tehranın irəli sürdüyü təşəbbüs planı humanitar prinsiplər əsasında və döyüş tərəflərinin maraqlarını nəzərə alınaraq hazırlanıb".

İraqçı bu danışıqlardan sonra Moskvanı İrəvan İstiqamətində tərk edib.

İraqçının Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi üçün İranın təklif etdiyi təşəbbüs planını şərh etmək və həyata keçirmək məqsədi daşıyan Bakıdan başlayan regional səfəri dünən Moskvada davam edib və bu gün və sabah İrəvan və Ankarada sona çatacaq.

Teqlər