Noy 22, 2020 12:12 Asia/Baku
  • AEBA İranda nəzərdə tutulan nüvə saytlarına əlçatanlığı təsdiq edib

MAQATE-nin ən son hesabatında agentliyin müfəttişlərinin İranda nəzərdə tutulan nüvə saytlarına mükəmməl əlçatanlığı təsdiq edilib.

SəhərAzəri xəbər verir, Bu hesabat vurğulayır ki, agentlik İranın nüvə anlaşması çərçivəsindəki fəaliyyətləri ilə bağlı faktaraşdırmanı davam etdirəcək.

40 maddədən ibarət olan hesabatda nüvə fəaliyyətləri barədə faktaraşdırma və İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişləri ilə əməkdaşlığı təsdiq edilib.

İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə geniş həmkarlıqlarına rəğmən, agentliyin baş direktoru Rafael Qrossi ötən çərşənbə günü bir daha Qərb ölkələrinin təzyiqləri altında İranın nüvə fəaliyyətləri barədə daha artıq şəffaflaşdırmanın edilməsini istədi.

Qrossinin sözləri elə bir halda söylənir ki, onun avqust ayının sonlarında Tehrana olan ikigünlük səfərinin sonunda İran İslam Respublikası ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik müştərək bir bəyanatda bildirdilər ki, İran könüllü surətdə agentlik tərəfindən təyin edilmiş iki məkana əlçatanlıq verib və məsələlərin həll edilməsi istiqamətində agentliyin faktaraşdırıcılıq fəaliyyətlərini asanlaşdıracaqdır.

Teqlər