Noy 28, 2020 17:38 Asia/Baku
  • “Terror cinayətləri, İran millətinin qürur və güc zirvəsinə çatma yolunda zərrə qədər fasiləyə səbəb olmayacaq”

İran İslam Respublikasının Bakıdakı səfirliyi ölkəmizin görkəmli alimi Dr. Möhsün Fəxrizadənin ələyhinə keçirilən terror aktını pisləyərək, vurğulayıb: "Terror cinayətləri, İran millətinin qürur və güc zirvəsinə çatma yolunda ən kiçik bir fasiləyə səbəb olmayacaq".

SəhərAzəri xəbər verir ki, İran İslam Respublikasının Bakıdakı səfirliyi ölkəmizin görkəmli alimi Dr. Möhsün Fəxrizadənin ələyhinə keçirilən Qorxaqca, pis və məkirli terror aktını pisləyərək, İran xalqına, Ali Rəhbərə, hörmətli ailəsinə, bu böyük şəhidin dostlarına və həmkarlarına başsağlığı verib. İran İslam Respublikasının Bakıdakı səfirliyi vurğulayıb: "Əminik ki, bu cür terror cinayətləri İran millətinin qürur və güc zirvəsinə çatma yolunda zərrə qədər fasiləyə səbəb olmayacaq".

 

Teqlər