Noy 29, 2020 13:49 Asia/Baku
  • İnstagram da şəhid Fəxrizadə ilə bağlı yazıları silməyə başlayıb

Amerikan instagram sosial şəbəkəsi qərəzli bir addımda bu dəfə iranlı istifadəçilərin İranın müdafiə və nüvə alimi şəhid Mohsen Fəxrizadə ilə bağlı postları və hekayətlərini silib.

SəhərAzəri xəbər verir, İnstagram sosial şəbəkəsi söz azadlığına zidd bir hərəkətdə bu namərdcəsinə terrorla bağlı postların yayılmasının qarşısını almağı gündəmə gətirib.

Bu terror hərəkəti və Mohsen Fəxrizadənin şəhadəti ilə bağlı postlar və hekayətlərin sayının artması, həmçinin həmin terrorun İranın digər nüvə alimi doktor Məcid Şəhriyarinin şəhadətinin ildönümü, eləcə də general-leytenant pasdar Hac Qasem Soleymaninin şəhadətinin ildönümü ilə eyni zamana düşməsinin xatırlanması llə instagram bu dəfə qəsdi-qərəzliklə, əlaqəli postları silib. Söz azadlığına zidd olan bu hərəkət digər sosial şəbəkələrdəki istifadəçilərin geniş reaksiyası ilə üzləşibdir.

Ötən il də bu sosial şəbəkə İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant pasdar Hac Qasem Soleymaninin şəhadəti ilə bağlı postları və sərt intiqam barədəki həştəqi, həmçinin bəzi iranlı istifadəçilərin hesabını silmişdi.

Teqlər