Noy 29, 2020 19:45 Asia/Baku
  • Şəhid Fəxrizadənin cənazəsi Həzrət Məsumə(s.ə)-nın hərəmində təvaf edilib

İranın Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının sədri və İranın nüvə alimi şəhid Mohsen Fəxrizadənin cənazəsi Qum şəhərində, Həzrət Məsumə(s.ə)-nın hərəmində təvaf edilib.

SəhərAzəri xəbər verir, Şəhid Fəxrizadənin pak cənazəsi Həzrət Məsumə(s.ə)-nın şərəfli hərəminin ətrafına təvaf edildikdən sonra Qum şəhərindən Tehrana və Həzrət İmam Xomeyni(r.ə)-in hərəminə köçürülübdür.

Həzrət İmam Xomeyni(r.ə)-in hərəmində bu şəhid alimin cənazəsilə vida mərasimi İran İslam Respublikası Silahlı Qüvvələrinin yüksək rütbəli komandanları və şəhidin möhtərəm ailəsinin iştirakı ilə keçirilib.

Həmçinin şənbə günü gecə Məşhəd şəhərində Həzrət İmam Rza(ə)-ın hərəmində İranın Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatı sədrinin pak cənazəsilə vida mərasimi bu hərəmin xüddamlarının iştirakı ilə keçirilib.

Şəhid Fəxrizadənin cənazəsinin müşayiət və dəfn mərasimi İran İslam Respublikası Silahlı Qüvvələrinin yüksək rütbəli komandanları və şəhidin möhtərəm ailəsinin iştirakı ilə bazar ertəsi günü keçiriləcək.

Teqlər