Noy 29, 2020 21:26 Asia/Baku
  • Ceyhun Bayramov Dr. Möhsün Fəxrizadənin şəhadəti münasibətilə iranlı həmkarına başsağlığı verib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İranın Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri, alim Möhsin Fəxrizadənin terror hücumu nəticəsində qətlə yetirilməsi ilə bağlı İranlı həmkarına başsağlığı verib.

SəhərAzəri xəbər verir, noyabrın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işləri naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.

Telefon danışığı zamanı Ceyhun Bayramov Azərbaycanın terrordan əziyyət çəkən bir ölkə kimi terrorçuluğun bütün forma və təzahürlərini qətiyyətlə pislədiyini vurğulayıb.

Həmçinin, bu gün İraqın xarici işlər naziri Fuad Hüseyn də İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə telefonla zəng edərək, şəhid Möhsün Fəxrizadənin şəhidliyi ilə nəticələnən bu terror hücumunu qınayıb və İraq hökuməti və xalqı adından İran hökuməti və xalqına, həmçinin şəhidin ailəsinə başsağlığı verib.

Qeyd edək ki,  İranın Müdafiə Nazirliyinin Tədqiqatlar və İnnovasiya Təskilatının sədri Mühsün Fəxrizadə cümə günü terror hücumu nəticəsində şəhid edilib.

Teqlər