Dek 04, 2020 14:10 Asia/Baku
  • Şanxay əməkdaşlıq təşkilatı şəhid Fəxrizadənin terror edilməsini pisləyib

Şanxay əməkdaşlıq təşkilatı bir bəyanatda İranın müdafiə sənayesi və nüvə sahəsi üzrə alimi doktor Mohsen Fəxrizadənin terror edilməsini pisləyib.

SəhərAzəri xəbər verir, Bəyanatda deyilir: "Şanxay əməkdaşlıq təşkilatı regionda sülhü səbatsızlaşdıran bütün hərəkətləri, həmçinin terrorizmi onun hər bir formasında qətiyyətlə pisləyir".

Bu təşkilatın bildirdiyinə görə, bu cür hərəkətlər nəinki bütün beynəlxalq qanunlara və hökumətlərarası münasibət normalarına ziddir, həm də həssas bir bölgədə sülh və stabilliyi təhdid edir.

Şanxay əməkdaşlıq təşkilatı ümid etdiyini bildiribdir ki, bu qorxaqcasına hücumun amilləri aşkar edilərək, mühakimə olunacaqlar.

Silahlı terror ünsürləri ötən cümə günü İran Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri Mohsen Fəxrizadəni aparan avtomobilə hücum edərək, onu şəhid etdilər. İndiyədək bir çox ölkə, beynəlxalq orqan və təşkilat İranın nüvə alimi Mohsen Fəxrizadənin terror edilməsini pisləyibdir.

Teqlər