Qərbe-Asiya sement zavodu 12 illik fasilədən sonra istifadəyə verildi

Verilişin müddəti : 00:02:00

Tarix : 2017/02/13

 

-----------------------------------------------------------

Xəbərlər proqramı İran, Azərbaycan Respublikası və dünyanın önəmli olaylarını əks etdirir.

 

---------------------------------------------

Qərbe-Asiya sement zavodu 12 illik fasilədən sonra istifadəyə verildi

“Türbəte-Cam”da yerləşən “Qərbe Asiya” sement zavodu uzun bir fasilədən sonra yenidən öz fəaliyyətini bərpa edib.

“Türbəte-Cam”da yerləşən “Qərbe Asiya” sement zavodu uzun bir fasilədən sonra yenidən öz fəaliyyətini bərpa edib. Bu zavodun illik istehsal gücü 1.5 milyon ton klinker və 1.8 milyon ton sementdir. Klinker sement istehsalında lazım olan xammallardan biridir.

 

İRİB-nin müxbiri:

Türbəte-Camda yerləşən “Qərbe Asiya” sement zavodu 12 illik fasilədən sonra nəhayət istifadəyə verildi. Bu sement zavodu İranda sement istehsal edəcək ən iri zavod olaraq layihələşdirilib.

Özəl sektor tərəfindən 5 trilyon riyal sərmayə qoyuluşu ilə quraşdırılan bu sement zavodu ilk olaraq klinker istehsalı ilə sınaq fəaliyyətinə başlayıb.

 

ƏRBAB ƏFZƏLİ – “QƏRBE ASİYA” SEMENT ZAVODUNUN İCRAÇI DİREKTORU

“Hazırda xammal olaraq klinkeri digər sement zavodlarından, əhəng daşını isə bölgəmizdəki yerli istehsalçılardan alaraq, sınaq fəaliyyətinə aşındırma prosesi ilə başlamışıq. Zavodun sınaq fəaliyyəti 3 ay müddətinə davam edəcək və prosesə texniki nəzarət ediləcək.”

 

ƏLİ RÜSTƏMİ – TÜRBƏTE CAMIN İCRA BAŞÇISI:

“ 12 illik bir fasilədən sonra “Qərbe Asiya” sement zavodunun bəzi bölmələrinin sınaq fəaliyyətinə başladığının şahidiyik. Əlbəttə, zavodun digər bölmələri də yaxın gələcəkdə fəaliyyətə başlayacaq.”

 

RAZİYƏ ƏLİRZAYİ – RƏZƏVİ XORASANI OSTANI SƏNAYE, MƏDƏN VƏ TİCARƏT TƏŞKİLATININ SƏDRİ

“ Zavodun fəaliyyətini dayandırmasına səbəb olan məsələlər 3 əsas amilə söykənirdi ki, indi bu məsələlərin hamısı öz həllini tapıb. İndi, daha artıq səy və təlaşın göstərilməsi ilə zavod 3-4 ay ərzində tam gücü ilə fəaliyyət göstərə bilər.”

 

İRİB-nin müxbiri:

Zavodun bir çox imkanlardan məhrum olan bir məntəqədə quraşdırılması, bu məntəqənin sənaye baxımından inkişaf etməsinə kömək etməklə  yanaşı, yerli sakinlər üçün yeni iş yerlərinin yaranmasına da kömək etmiş olacaq.

 

http://azeri.sahartv.ir/news/az%C9%99rbaycan-i259593-q%C9%99rbe_asiya_sement_zavodu_12_illik_fasil%C9%99d%C9%99n_sonra_istifad%C9%99y%C9%99_verildi

 

 

Feb 13, 2017 03:31 Asia/Baku
Şərhlər