Qasimi: Səudiyyə rəsmisinin İrana qarşı iddiası həqiqəti əks etdirmir

Verilişin müddəti : 00:02:00

Tarix : 2017/08/02

 

-------------------------------------------------

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səudiyyə Ərəbistanının XİN-də bir rəsminin Səudiyyə heyətinə bu ölkənin İrandakı diplomatik binalrına baxış keçirmək icazəsinin verilməməsinə dair iddiasına münasibət bildirərkən deyib: Səudiyyə rəsmisinin iddiası həqiqəti əks etdirmir.

Səudiyyə Ərəbistanı XİN-də bir rəsmi iddia etmişdi ki, Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücumdan il yarım keçməsinə baxmayaraq İran rəsmiləri bu məsələ barədə təhqiqatların təkmilləşməsinə imkan verməyiblər və İran Səudiyyə ilə əlaqələri kəsmək sayəsində Ərəbistan daxilində diplomatik imtiyazlar əldə etməyə çalışıb. 

İranın XİN sözçüsü deyib: Səudiyyə heyətinə xüsusi uçuş izni ən qısa zamanda İran tərəfindən verildi və bu heyətin 30 iyulda Tehrana daxil olacağı gözlənilsə də onlar daha da hazırlıqlı olmaq üçün səfəri təxirə salmaq istədilər. 

Qasimi deyib: Görünür Səudiyyə tərəfi İranın xoşməramlılığını və sürətli təşəbbüsünü gördükdə şaşırdıb və həmişə olduğu kimi bəhanəyə üz tutub, ancaq vizanın və uçuş izninin verilməsini nəzərə alaraq artıq bəhanəyə və əsaslandırmağa səbəb yoxdur.

Aug 02, 2017 07:03 Asia/Baku
Şərhlər