Şəhid Həsən Cənqcunun pak cənazəsi 34 ildən sonra vətənə qayıtdı və Təbrizdə xalq kütlələri, şəhid ailələri və yerli rəsmilərin iştirakı ilə şəhidlər meydanından Rəhbət qəbiristanlığınadək müşayiət olunaraq bu qəbiristanlıqda dəfn edilib.

Verilişin müddəti : 00:02:59

Tarix : 2017/09/08

 

-----------------------------------------------------

Həsən Fəthül-Mübin və Müslim İbn Əqil əməliyyatlarında fəal iştiraka malik olmuşdur o Müslim İbn Əqil əməliyyatında üz nahiyyəsindən , Vəlfəcr 4 əməliyyatında isə qıç nahiyyəsindən yaralandı və hələ tam sağalmamışdı ki yenidən cəbhəyə getdi. 

Cəbhəyə qayıdarkən ondan istədilər ki, ayaqları sağalanadək gözləsin amma onun cavabı belə oldu: Düşmənlə ayaqyalın döyüşəcəyəm. 

Şəhid Cənqcu 1362-ci ildə Xeybər əməliyyatında itkin düşdü. 

Bu təbrizli şəhidin palçıq içində, əlində silah, tam əzmkar simada çəkilmiş fotoşəkili İran gənclərinin müqavimət simvoluna çevrilib. 

Şəhid Cənqcunun anası Hacı xanım Purəli Təbrizdə oğlunun cənazəsini torpağa verdikdən sonra dünyasını 8 illik müqəddəs müdafiədə şərqi Azərbaycandan şəhid olanların 508 nəfərinin cənazəsi hələ vətənə qaytarılmayıb. 

Sep 08, 2017 17:25 Asia/Baku
Şərhlər