BAKIDA QƏDİR XUM ŞƏNLİYİ

Verilişin müddəti : 00:03:40

Tarix : 2017/09/10

----------------------------------------------------------------

Azərbaycanda Qədir Xum bayramı

Azərbaycanda Qədir Xum bayramı münasibəti ilə müsəlman əhali dinin təkmilləşdiyi günə özəl müxtəlif şənlik tədbirləri həyata keçirərək, bu böyük bayramı qeyd edir.

İRİB-nin Bakıdan verdiyi məlumata görə, Şəhriyar Evində keçirilən mərasimdə dindar kəsim dinin təkmilləşdiyi gün olaraq Qədir Xum bayramını qeyd edib. Mərasimdə Əhl Beyt(ə) məddahları İmam Əlinin(ə) şənində  mədhiyələr oxuyublar. 

Bu mərasimdə həmçinin, Əhl Beyt(ə) şairləri İmam Əli(ə) barəsində yazdıqları şerlərini qiraət ediblər. 

Vəli Fəqihin Azərbaycandakı nümayəndəsi höccətülislam seyid Əli Əkbər Ocaqnejad da bu mərasimdə çıxış edərək, Qədir Xum hadisəsinin önəmindən danışıb və Qədir Xum barədə mövcud hədislərə işarə edib. 

Məraimdə həmçinin, Qədir Xum İslam Ümmətinin vəhdət simvolu adlandırılıb. 

 

 

Sep 10, 2017 07:32 Asia/Baku
Şərhlər