İran İslam Respublikasının prezidenti deyib: "İran və Azərbaycan Respublikası iqtisadiyyat, elm, texnologiya, tədqiqat və ticarət sahələrində qarşılıqlı münasibətlərin genişləndirilməsində böyük imkanlara malikdirlər və bu imkanların hamısından iki xalqın mənafeyi istiqamətində faydalanmaq lazımdır.

 

Verilişin müddəti : 00:01:35

Tarix : 2017/09/11

--------------------------------------------------------------------------

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Astanada Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə görüşdə əlavə edib: Şimal-cənub üzrə digər tranzit xətlərinin kənarında iki ölkə arasında müştərək dəmiryolu layihəsinin təkmilləşdirilməsi nəinki iki ölkə əlaqələri və əməkdaşlıqlarında, həm də bütün regionda faydalıdır.

Ruhani söyləyib: İran İslam Respublikası və Azərbaycan Respublikası neft bazarı durumunun yaxşılaşdırılması üzrə birgə səyləri və enerji sahəsindəki həmkarlıqlarını gücləndirməlidirlər.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də bu görüşdə ötən dörd ildə iki ölkə prezidentlərinin doqquz görüşünü mühüm adlandıraraq, deyib ki, onun ölkəsi bütün sahələrdə, o sıradan iqtisadiyyat, ticarət və qarşılıqlı investisiya sahələrində İranla əlaqələr və anlaşmalar səbiyyəsini yüksəltməyə maraqlıdır.

Azərbaycan Respublikasının prezidenti həmçinin deyib ki, onun ölkəsi terrorizmi bütün region ölkələri üçün müştərək təhdid hesab edir və bu nəhs fenomenlə mübarizədə İranla daha artıq koordinasiyaya və əməkdaşlığa maraqlıdır.

Sep 11, 2017 18:20 Asia/Baku
Şərhlər