• General Cəfəri: Regionda müqavimət mərkəzləri yaranıb

İran İslam İnqilabının Keşikçiləri Korpusunun baş komandanı deyib: Regionda müqavimət cəbhəsinin qələbələrində əsas rol səfərbər qüvvələrin üzərinə düşürdü və səfərbər qüvvələr təcrübəsi digər ölkələrə də köçürülüb.

SepahNyus-un verdiyi məlumata görə, General Palkovnik Məhəmmədəli Cəfəri bu gün Tehranda səfərbər qüvvələrin böyük toplantısında deyib: Səfərbər qüvvələr Livan Hizbullahı və İraqın təlim edilmiş 100 minlik Həşdüşşəbi qüvvələri kimi region xalqlarının müqavimət nümunəsidir və bu təcrübə Yəmən və digər ölkələrə də köçürülüb. 

Sepahın baş komandanı İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin(r.ə) ümumdünya islam səfərbərlərinin yaradılmasına dair fərmanının bu gün reallaşdığını bildirərək deyib: Region ölkələrində silahlı müqavimət mərkəzləri yaradılıb və digər ölkələrdə də kiçik müqavimət halqaları formalaşıb və yaxın gələcəkdə onların təsir gücü müşahidə olunacaq. 

General Cəfəri səfərbər qüvvələrin təyinedici rollarından birinin Suriyada hərəb müdafiəçiləri formasında regionda müqavimət cəbhəsinə köməkdən ibarət olduğunu bildirərək deyib: Suriya müharibəsi həqiqi mənada dünya müharibəsi idi ona görə ki, bu müharibədə super güclərin rolu var idi və nəhayət dünyanın zalım qüvvələrinin məğlubiyyəti ilə nəticələndi. 

Bu gün noyabrın 26-ı Müstəzəflərin səfərbər qüvvələrinin təsis edilməsinin ildönümü gününə təsadüf edir, bu münasibətlə 19-26 noyabr İranda səfərbər qüvvələr həftəsi kimi qeyd olunur. 

Nov 27, 2017 08:22 Asia/Baku
Şərhlər